Rusiyada qiyamçılar Rostov şəhərini ələ keçiriblər
Moskva vətəndaş müharibəsi astanasında
Yevgeni Priqojin: Biz Rusiyanı xilas etməyə gəlmişik. VİDEO
Priqojin zəbt etdiyi Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin qərargahındadır. Onlar Rostovda başqa hərbi obyektləri, o çümlədən hərbi aerodromu nəzarəətə götürüblər.
“Vaqner” ÖHŞ-nin rəhbəri Rusiya Federasiyası Müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və RF Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisinin birinci müavini Vladimir Alekseyevə öz iradlarını bildirir.
***
Rusiyada baş verən Vaqner Özəl Hərbi Şirkətin (ÖHŞ) qiyamı haqda ziddiyətli məlumatlar yayılır:
- ''Vagner''in rəhbəri Yevgeni Priqojin bildirib ki, ''Vagner''in düşərgələrinə raket hücumu həyata keçirilib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyi yazıb. Hücum nəticəsində çoxsaylı hərbi itkilərin olduğu bildirilir.
- Sosial şəbəkələrdə Yevgeni Priqojinə məxsus yayılan səs yazısında "Vagner" ÖHŞ Rusiya Müdafiə Nazirliyinə müharibə elan etdiyi deyilib və nazir Sergey Şoyqu təhqir edilib. Rusiya MN isə səs yazısı və videoların dezinformasiya olduğunu bildirib.
- Priqojin: Bizə mesajlar gəlir. Əksər hərbçilər bizə dəstək verir. Təşəkkürlər, uşaqlar. Nəhayət orduya ədalət gələcək. Nəhayət bizə silah veriləcək. Məndə olan məlumata görə, təkcə Rostov morqunda 2 min meyit gizlədilir".
- Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb.
Milli Antiterror Komitəsi "Vaqner" ÖHŞ-nin təsisçisindən qanunsuz hərəkətləri dayandırmağı tələb edir.
- Priqojin vətənpərvər rusları küçələrə çıxmağa səsləyib.
Yevgeni Priqojin: "Bz Rusiyanın şərəfini ləkələyən satqınların, cinayətkarların məsələsini həll edəcəyik. Onlar Şoyqu (Müdafiə naziri - red) və Gerasimovdur (Baş qərərgah rəisi - red).
Şoyqu Qırməzə Meydanda asılacaq və Leninlə birlikdə mavzoleydə uzanacaq."
- Moskva, Rostov, Krasnodar, Sankt-Peterburq, Bryansk kimi bölgələrdəki polis idarələrinə "krepost" (qala) planının həyata keçirilməsi barədə əmr verilib.
Əmr çərçivəsində mühüm obyektlər nəzarətə götürüləcək və təcili toplanış həyata keçiriləcək.
- "Vagner" döyüşçülərini Priqojinin cinayət əmrlərinə tabe olmamağa və onun saxlanılması üçün tədbirlər görməyə çağırırıq- Federal Təhlükəəsizlik Xidməti.
- Rusiyanın Ukraynadakı bütün ordu birləşmələrinin komandanı general Sergey Surovikin və baş qərargah rəisinin birinci müavini, general-leytenant Vladimir Alekseyev video yayımlayaraq, Vaqner muzdlularına müraciət ediblər. Müraciətdə muzdluların bu hərbi çevrilişə cəhddə iştirak etməmələri və geri qayıtmaları xahiş edilir.
- "Vaqner" muzdlularına məxsus sosial şəbəkə hesabında generalların müraciəti rədd edilib.
Onlar bildirir ki, Şoyqu və Gerasimovdan qisas alınmalıdır.
- Moskvada bütün mühüm obyektlər, dövlət orqanları və nəqliyyat infrastrukturu obyektləri gücləndirilmiş mühafizəyə götürülüb. (TASS)
- Xüsusi təyinatlı polis dəstələri olan SOBR və OMON-a Moskvada həyəcan siqnalı verilib.
- Rusiya Milli Qvardiyası tam döyüş vəziyyətinə gətirilib.
- Rusiyanın baş prokuroru İqor Krasnov Putinə “silahlı üsyan təşkil etmək cəhdi” ilə bağlı açılmış cinayət işi barədə məruzə edib.
- Priqojin bildirib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahı HHQ-yə "Vagner"in olduğu kolonlara atəş açmaq əmri verib. Muzdlular bir helikopteri vurmağa müvəffəq olublar.
- Sosial şəbəklərdə "Vagner"in Rostov şəhərini ələ keçirdikləri haqda videolar yayılır.
- Rusiyanın rəsmi informasiya mənbələri çaşqınlıq içindədir.