XİN mina terroru ilə bağlı məlumat yaydı
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi twitter səhifəsində məlumat verib
“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda davam edir. Təəssüf ki, minanın partlaması daha bir mülki şəxsin ölümünə səbəb olub”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi twitter səhifəsində məlumat verib.
Qeyd olunub ki, 2020-ci ildə müharibənin bitməsindən indiyədək Azərbaycanda mina qurbanlarının sayı 299 nəfərə çatıb: “Beynəlxalq ictimaiyyət Ermənistanın davam edən bu təhlükəsinə səssiz qalmamalıdır”.
Xatırladaq ki, mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı ərazisində minanın partlaması nəticəsində heyvandarlıqla məşğul olan Füzuli rayonunun Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü Alışov Oqtay Bayram oğlu təmizlənməmiş əraziyə keçib və orada tank əleyhinə minanın partlaması nəticəsində dünyasını dəyişib.