Xocalıda sülhməramlıların yolu bağlandı
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb
Qarabağda yaşayan bir qrup erməni Rusiya sülhməramlılarının Azərbaycanın Xocalı rayonunda yerləşən qərargahının önündə etiraz aksiyası keçirib. Etirazçılar şəxsi avtomobilləri ilə qərargahın qarşısındakı yolu bağlayıblar. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Laçın yolunun guya bağlı olduğunu iddia edən ermənilər buna görə rusları ittiham ediblər. Onlar həmçinin Xankəndi ətrafında baş verən hadisələrə rus hərbçilərinin müdaxilə etmədiyini deyərək, sülhməramlılara etirazlarını bildiriblər.
Qeyd edək ki, son vaxtlar Qarabağ erməniləri arasında anti-Rusiya əhval-ruhiyəsi yüksəlir.