Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb
İyunun 24-də saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.