Netanyahu Qətərin Baş nazirindən üzr istəyib FOTO
Üzrxahlıq ABŞ Prezidenti Donald Trampın Oval Ofisindən səslənib

İsrailin Baş naziri Benyamin Netanyahu qətərli həmkarı Məhəmməd bin Əbdül Rəhman bin Casim Əl Tanidən İsrailin 9 sentyabrda Qətərə endirdiyi zərbəyə görə üzr istəyib. Bu barədə "The Times of Israel" qəzeti yazır.
Üzrxahlıq ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi Oval Ofisdən telefon danışığı zamanı gəlib. Az sonra Ağ Ev müharibəni bitirmək planını açıqlayıb.
Netanyahu ilə keçirdiyi mətbuat konfransında Tramp İsrail və ərəb dünyasının planı qəbul etdiyini bildirib.