Ordumuz Ağdərə rayonu istiqamətində atəş açmayıb
Müdafiə Nazirliyi ermənilər təkzib etdi
Azərbaycan Ordusunun atəşi nəticəsində qanunsuz erməni dəstə üzvünün yaralanması xəbəri yalandır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS Press-ə məlumat verilib.
“İyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə sorğuya cavab olaraq bildiririk ki, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb”, - məlumatda qeyd edilib.