Putinin keçmiş aşpazı Rusiyada qiyam edir
Yevgeni Priqojin Rusiyanın müdafiə naziri və Baş qərargah rəisinin dərhal həbs edilməsini tələb edib
Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) yaradıcısı Yevgeni Priqojin bütün rusları ona qoşulmağa çağırıb.
“Biz 25 min nəfərik və ölkədə xaosun niyə baş verdiyini anlayacağıq. Taktiki ehtiyat olaraq 25 min gözlənilir, strateji ehtiyat isə bütün ordu və bütün ölkədir. Qoşulmaq istəyən hər kəs buyursun. Biz bu biabırçılığa son qoymalıyıq”, - deyə Priqojin bildirib.
Bundan əvvəl "Vaqner" ÖHŞ-nin yaradıcısı orduda və bütövlükdə Rusiyada “ədaləti bərpa etmək” niyyətində olduğunu açıqlayıb və “müqavimət göstərməməyə” çağırıb.
“Kim müqavimət göstərsə, biz bunu təhlükə hesab edəcəyik və dərhal məhv edəcəyik. Yolumuzdakı hər hansı maneələr də daxil olmaqla. Hər kəsdən sakit olmağı, təxribatlara uymamağı, öz evində qalmağı xahiş edirəm. Marşrutumuzun marşrutu ilə çölə çıxmamağımız məsləhətdir”.
Yevgeni Priqojin bildirib ki, "Vaqner" ÖHŞ-nin Müdafiə Nazirliyinə qarşı yönəlmiş hərəkətləri hərbi çevriliş deyil. "Bu hərbi çevriliş deyil. Bu, ədalət yürüşüdür. Bizim hərəkətlərimiz qoşunlara mane olmur," - Priqojin deyib
Priqojin daha əvvəl demişdi ki, onun muzdluları “ölkənin hərbi rəhbərliyinin apardığı şərin qarşısını alacaqlar”. İş adamı “müqavimət göstərməyə” cəhd edənləri “dərhal məhv edəcəyinə” söz verib.
Priqojin iyunun 23-də axşam saatlarında Rusiya ordusunu muzdlular düşərgəsinə hücumda ittiham edib. "Çox sayda döyüşçü öldü" deyən Priqojin, yaxın gələcəkdə "Vaqner" ÖHŞ-nin "bu vəhşiliyə necə cavab verəcəyinə" qərar verəcəyini vəd etdi. Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqudan danışarkən "Bu məxluq dayandırılacaq" dedi.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Priqojinin Vaqner ÖHŞ-nin düşərgələrinə “Rusiya hərbçilərinin zərbə endirməsi” ilə bağlı bəyanatını “informasiya təxribatı” adlandırıb.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Putin Priqojin ətrafında cərəyan edən vəziyyətdən xəbərdardır, bütün lazımi tədbirlər görülür