Aş Şara və SDQ lideri arasında danışıqlar nəticəsiz qaldı
Bu barədə anonim mənbə AFP-yə danışıb
Suriya Prezidenti Əhməd əl-Şaraa və Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Mazlum Abdi arasında danışıqlar iflasa uğrayıb.
Bu barədə anonim mənbə AFP-yə danışıb.
“Dünən Dəməşqdə general Mazlum və cənab Şaraa arasında gedən danışıqlar tamamilə iflasa uğrayıb. Beynəlxalq ictimaiyyət təcili olaraq qətiyyətli mövqe nümayiş etdirməlidir”, - mənbə qeyd edib.
O, danışıqların nəticə verməməsinə görə Suriya hökumətini günahlandırıb.
Qeyd edək ki, Əhməd əl-Şaraanın imzalandığı qanunda SDQ-nin Suriya ordusuna inteqrasiyası nəzərdə tutulub, lakin qruplaşma Suriya ordusu ilə toqquşmaları davam etdirir.
1 dəqiqədən az