Başqırdıstanı kütləvi etiraz aksiyaları bürüyüb FOTO
Milli fəal Fail Alsınovu 4 il müddətinə azadlıqdan məhrum edilməsi yerli əhalinin etirazına səbəb olub,

Rusiyanın Başqirdastan respublikasında milli fəal Fail Alsınov “qara adamlar” ifadəsinə görə “milli ədavəti qızışdırmaq” ittihamı ilə ümumi rejimli koloniyada 4 il müddətinə azadlıqdan məhrum edilib. Fəalın donosunu Başqırdıstan rəhbəri Xabirov yazıb.
Təhlükəsizlik qüvvələri Başqırdıstanın Baymak şəhərində fəal Fail Alsınovu dəstəkləmək üçün məhkəmənin yaxınlığında toplaşan insanları döyərək saxlamağa başlayıb.
Bu barədə fəalın hazırda tərəfdarları tərəfindən idarə olunan kanalında məlumat verilib.
Yerli hakimiyyət orqanları şəhərdə internetə çıxışı məhdudlaşdırıb və məhkəməyə bütün girişləri bağlayıb. Alsınovun tərəfdarları dəyənəklərlə döyülməyə və üzü üstə qara qoyulmağa başlayıb.