Səudiyyə Ərəbistanı yenidən Səna Hava limanını vurdu
Yəmən hökuməti İran təyyarəsinin enişinin qarşısını almaq üçün Səna hava limanını hədəf aldığını bildirib
Səudiyyə Ərəbistanı yenidən Sənanı vurdu.
Bu gün Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Sənaya növbəti hava zərbələri endirib.
Hücumlara baxmayaraq İran təyyarəsi Yəmənə eniş edib.

Bu gün İran Yəmənə tətbiq olunan blokadanı pozaraq ikinci mülki “Mahan Air” təyyarəsinin Yəmənə endiyini açıqlayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının hücum və təhdidlərinə baxmayaraq, təyyarə Əl-Hodeyda hava limanına uğurla eniş edib.
Bildirilir ki, bu, uzun illərdir davam edən blokada dövründə Yəmənə enən ikinci mülki təyyarədir.
Hücumun hədəfi, mümkün itkilər və dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Xatırladaq ki, daha öncə Səudiyyə Ərəbistanı Sənadakı hava limanına zərbə endirmişdi. Husilər isə hücumun cavabsız qalmayacağını bəyan etmişdilər.
1 dəqiqədən az