XƏBƏRLƏR / Münaqişə

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb

Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rumıniyanın şərqindəki Qalati şəhərində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.

    Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Rusiyaya məxsus PUA-nın binaya çırpılması nəticəsində partlayış baş verib və mənzillərdən birində yanğın başlayıb, iki nəfər xəsarət alıb. Təxminən 70 sakin binadan təxliyə edilib.

    PUA-nın Ukrayna ərazisindən sərhədi keçdiyi qeyd olunub. Rumıniyanın iki F-16 qırıcı təyyarəsi dərhal havaya qaldırılıb və pilotlara hədəfləri vurmaq səlahiyyəti verilib.