İran get-gedə raket atışlarının sayını azaldır
İsrail tərəfinin iddiasına görə, raketlərin 75%-i havada zərərsişləşdirilir

İran İsraillə toqquşması başlayan gündən İsrailə 425 balistik raket atıb. İlk gündən İran rəsmiləri birdəfəyə 1000, ya 2000 raket atacaqları barədə lovğalanırdılar. Əslində isə 5 gün ərzində raket atışlarının sayı get-gedə azalır.
İrandan raket atışlarında kəskin azalma:
13 iyun - 200 raket
14 iyun - 100 raket
15 iyun - 75 raket
16 iyun - 30 raket
17 iyun - 20 raket
Ola bilər ki, İran hərbi-siyasi rəhbərliyi raketlərə qənaət edir ki, uzun müddət müqavimət göstərə bilsin. Hər halda, İran 400-dən çox raketi yaşayış binalarına, rəsmi strukturların ofislərinin dağıdılmasına və Hayfadakı neft anbarına sərf edib. İsrail hərbçiləri atılan raketlərin 75%-ni zərərsişləşdirdikləri haqda bəyanat verirlər.