Rusiyada qatara dron hücumu olub, vaqonlar partlayıb VİDEO
Hücum Volqoqrad vilayətində həyata keçirilib
Rusiyanın Volqoqrad vilayətində yük qatarı relsdən çıxıb.
Bu barədə “Baza” Teleqram kanalı VİDEO yayıb.
Məlumata əsasən, qatarın relsdən çıxmasına səbəb pilotsuz uçuş aparatının (PUA) hücumu olub. Nəticədə yanacaqla dolu iki sistern alışıb, sonra biri partlayıb. Yanacağın dağılması nəticəsində yanğın baş verib.
Ümumilikdə doqquz vaqonun relsdən çıxdığı vurğulanıb. Hazırda hadisə yerində yanğınsöndürənlər fəaliyyət göstərir.
Zərərçəkənlərin olmadığı qeyd edilib.