İranın müdafiə naziri ABŞ-ı hədələyib
"Nüvə danışıqları uğursuz olarsa, ABŞ-ın regional bazalarını vuracağıq"

"Nüvə danışıqları uğursuzluqla nəticələnsə və ABŞ-la münaqişə yaranarsa, İran regiondakı Amerika bazalarına zərbələr endirəcək. Bundan sonra ABŞ bölgəni tərk etmək məcburiyyətində qalacaq".
Bu barədə İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib.
Nəsirzadə ABŞ rəsmilərinin danışıqların ləngidiyi təqdirdə münaqişə ilə bağlı təhdidləri ilə bağlı xəbərdarlıq edib.
“ABŞ danışıqların nəticəsiz qalacağı təqdirdə münaqişə və qan töküləcəyi ilə hədələyir. Ümid edirəm ki, danışıqlar uğur qazanacaq, amma alınmasa və qarşıdurma bizim üzərimizə qoyulsa, çəkinmədən ABŞ-ın regiondakı bütün bazalarını hədəfə alacağıq. Belə olan halda ABŞ regionu tərk etməlidir”, - o qeyd edib.
Nazir İranın ötən həftə iki tonluq döyüş başlığı ilə təchiz edilmiş raketi uğurla sınaqdan keçirdiyini əlavə edib:
"Əməliyyat qüvvələrimiz tam təchiz olunub. Keçən həftə iki tonluq döyüş başlığı ilə uğurlu raket sınağı həyata keçirdik”.