XƏBƏRLƏR / Münaqişə

Polşanın Ukrayna ilə sərhədində güclü partlayış baş verib

Rusiyanın Ukraynaya gecə hücumu zamanı naməlum obyekt Lüblin voyevodalığında 10 metr diametrində krater yaradıb FOTO

Polşanın Ukrayna ilə sərhədində güclü partlayış baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polşanın  Wiadomosci nəşrinin məlumatına görə, Rusiyanın Ukraynaya gecə hücumu zamanı Polşada güclü partlayış baş verib və naməlum obyekt düşüb.

    Lüblin voyevodalığındakı bir sahədə diametri təxminən 10 metr olan krater və naməlum obyektin qalıqları aşkar edilib.

    Zərbə yeri ən yaxın binalardan təxminən 2 kilometr məsafədədir.

    Təcili yardım xidmətləri hadisə yerində işləyir.