XƏBƏRLƏR / Münaqişə

Rusiya Silahlı Qüvvələrinin Ukraynaya kütləvi hava hücumu

Çoxlu sayda dağıntılar və insan tələfatı var YENİLƏNİB/FOTO

Rusiya Silahlı Qüvvələrinin Ukraynaya kütləvi hava hücumu
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 11:00

    Rusiyanın gecə saatlarında Ukraynanın bir sıra vilayətlərinə endirdiyi raket və dron zərbələri nəticəsində azı 8 nəfər həlak olub.

    Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

    Onun sözlərinə görə, Dnepropetrovsk vilayətinin Radiuşne yaşayış məntəqəsində ballistik raketin yaşayış evinə düşməsi nəticəsində bir ailənin beş üzvü – valideynlər və üç uşaq həlak olub. Dağıntılar altından daha iki uşaq sağ çıxarılıb.

    Zelenski qeyd edib ki, Lvov şəhərində də yaşayış binasına raket zərbəsindən sonra axtarış-xilasetmə işləri davam edir. Onun sözlərinə görə, hazırda ölkə üzrə ölənlərin sayı azı 8 nəfərdir.

    Prezident bildirib ki, hücumlar Kiyev və Kiyev vilayəti ilə yanaşı, Dnepropetrovsk, Lvov, Poltava, Xarkov, Nikolayev, Sumı, Vinnitsa, Çerkası və İvano-Frankovsk vilayətlərini də əhatə edib.

    Zelenskinin sözlərinə görə, hücum zamanı 70-dən çox raket, o cümlədən xeyli sayda ballistik raket, həmçinin 280-dən çox zərbə tipli pilotsuz uçuş aparatından istifadə olunub.

    Prezident qeyd edib ki, zərbələr nəticəsində çoxsaylı yaşayış evləri, mülki müəssisələr və infrastruktur obyektləri dağılıb və ya zədələnib.

    ***

    09:27

    Rusiya Silahlı Qüvvələri gecə Ukraynadakı hədəflərə kütləvi hava hücumu həyata keçirib - ölkənin bir neçə bölgəsində partlayışlar və yanğınlar qeydə alınıb.

    Xülasə:

    — Zərbələr Kiyev, Dnepr, Lvov, İvano-Frankivsk, Poltava, Nikolayev, Çerkassı, Odessa və Vinnitsa vilayətlərindəki, eləcə də Zaporojyedəki hədəflərə dəyib.

    — Ən ağır hava zərbələri Kiyevə endirilib. Zərbələrə "İskəndər", S-400 və "Zirkon" ballistik raketləri, 40-dan çox "Kalibr" və X-101 qanadlı raketləri və "Geran" dronları daxil olub.

    — Poltava bölgəsində Nova Poçta anbarına zərbə endirilib. Hava zərbələrindən sonra Vinnitsa bölgəsində yanğın baş verib.

    — Ölkənin qərbində Lvov, İvano-Frankivsk və Rovno vilayətləri zərbə endirilib. Lvovda bir anbara zərbə endirilib, ardınca hərbi infrastruktur obyektlərində yanğın baş verib. Yanğınlar Poltava, Vinnitsa və Lvov vilayətlərində də qeydə alınıb.

    — Partlayışlar Xarkov, Çerniqov, Kremençuq bölgəsi və Odessada da eşidilib. Ukrayna mediasının məlumatına görə, hücum zamanı Sumı vilayətindən ölkəyə yeni bir raket qrupu daxil olub.