XƏBƏRLƏR / Münaqişə

Rusiya 1200 cəsədi Ukraynaya təhvil verdi

Bu barədə Ukraynanın Hərbi Əsirlər üzrə Qərargahı “Telegram” kanalında məlumat yayıb

Rusiya 1200 cəsədi Ukraynaya təhvil verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya tərəfi Ukraynaya müharibədə həlak olan daha 1200 hərbçinin meyitini təhvil verib.

    Bu barədə Ukraynanın Hərbi Əsirlər üzrə Qərargahı “Telegram” kanalında məlumat yayıb.

    Bildirilib ki, repatriasiya İstanbul razılaşmalarına uyğun həyata keçirilib:

    “Zəruri olan bütün ekspertizalar müstəntiqlər və Daxili İşlər Nazirliyinin müvafiq strukturlarının ekspertləri ilə birgə həyata keçiriləcək”.