Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib
Bu barədə Kiyev meri Vitali Kliçko xəbər verib
Rusiya ordusu yenidən Kiyevə (Ukrayna) hücum edib, paytaxtda pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
Bu barədə Kiyev meri Vitali Kliçko xəbər verib.
"PUA qalıqları qeyri-yaşayış binalarının ərazisinə düşüb. Yanğın baş verib", - Kliçko bildirib.
Onun sözlərinə görə, hadisə yerinə təcili xidmətlər yollanıb.
Qeyd edək ki, Rusiya qoşunları avqustun 20-nə keçən gecə ballistik və "Tsirkon" hipersəs raketlərindən, eləcə də PUA-lardan istifadə edərək Kiyevə və onun vilayətinə növbəti kütləvi zərbələr endirib. Nəticədə 15 nəfər ölüb.
1 dəqiqədən az