İran ABŞ-ın Avropadakı obyektlərini vura bilər
Bu barədə "Financial Times" qəzeti İran rejiminə yaxın mənbələrə istinadən xəbər yayıb
Tramp münaqişəni qızışdırarsa, İran Avropadakı ABŞ obyektlərinə hücum edə bilər
"Financial Times" qəzeti İran rejiminə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Tramp müharibəni qızışdırarsa, İran Avropadakı ABŞ hərbi obyektlərinə hücum etməyi düşünür. Bu mənbələrə görə, hücumlar Cənub-Şərqi Avropadakı ölkələri, xüsusən də ötən ay hava bazalarından Amerika təyyarələrini yanacaqla doldurmaq üçün istifadəsinə icazə verən Bolqarıstanı hədəf ala bilər. Kiprin də bu hədəflər siyahısında olduğu qeyd olunur.
Bundan əlavə, mənbələr qeyd edirlər ki, münaqişə qızışarsa, Tehran xüsusilə Hörmüz boğazında dənizaltı fiber optik kabellərə hücum etməyi düşünür. Ekspertlər bu təhlükəni İslam Respublikasının raketlərinin mənzili və dəqiqliyi ilə bağlı problemləri səbəbindən "real, lakin məhdud" kimi xarakterizə ediblər.

CNN-in isə ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Trampın heç də münaqişəni qızışdirmaq fikiri yoxdur. ABŞ müttəfiqlərini İranın əvvəlki hərbi əməliyyat kursundan imtina edərək, onun tədricən iqtisadi "boğulması" strategiyasına keçdiyi barədə məlumatlandırıb.
Tramp İran danışıqlar qrupuna Tehranla dialoq aparmamağı tapşırıb. Danışıqlar qrupuna Trampın kürəkəni Kuşner, vitse-prezident Vens və xüsusi elçi Vitkoff daxildir.
Xatırladaq ki, ABŞ Prezidenti əvvəllər İranla heç bir danışıqların və ya təmasların davam etmədiyini və ya planlaşdırılmadığını bildirmişdi.
1 dəqiqə