Laçın DSKM-dən əsgərlərə oxşayan şəxslər kütləvi keçid edir
"Haqqın.az" saytı gənc kişilərin Ermənistanın Qarabağda yerləşdirdiyi ordunun şəxsi heyəti olduğunu yazır
Səhər tezdən Laçın Dövlət Sərhəd Keçid Məntəqəsi (DSKM) vasitəsi ilə bir dəstə gənc Ermənistana yollanıb. Gənclər Qızıl Xaçın müşayiəti ilə sərhədi keçiblər.
Sənədlərə görə gənc kişilər tələbələrdir və Ermənistana təhsillərini davam etmək üçün gedirllər. Lakin "tələbələr" arasında qızların olmaması və gənc kişilərin bədən quruluşu və saç düzümü müəyyən şübhələr yaradıır.
Haqqın.az saytı belə bir versiya irəli sürür ki, Ermənistan qoşunlarının şəxsi heyətini Qarabağdan çıxarmağa başlayıb.
Bu barədə hələ rəsmi məlumat verillməyib.