XƏBƏRLƏR / Münaqişə

İran və ABŞ 60 günlük atəşkəsi uzatmağa qərar veriblər?

"Anadolu" və "Reuters" agentlikləri bu barədə ziddiyyətli məlumatlar yayıb

İran və ABŞ 60 günlük atəşkəsi uzatmağa qərar veriblər?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran və ABŞ 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəliblər.

    İslamabad Memorandumu çərçivəsində müəyyən edilmiş atəşkəs 17 avqustda bitir.

    "Anadolu"nun Pakistan hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, hər iki tərəf vasitəçilərə atəşkəsin uzadılması barədə razılıqlarını bildirib.

    Bu arada, Reuters“ə yüksək vəzifəli iranlı mənbə bildirib ki, İran və ABŞ arasında atəşkəsin müddətinin uzadılması ilə bağlı heç bir müzakirə aparılmır.

    İranlı mənbənin sözlərinə görə, Tehran atəşkəs üçün rəsmi başlanğıc tarixinin olmadığını hesab edir və bu səbəbdən onun uzadılmasından da söhbət gedə bilməz.

    “ABŞ-la atəşkəsin uzadılması ilə bağlı heç bir müzakirə aparılmır”, - o vurğulayıb.