Rusiya ukraynalı jurnalistlərin avtomobilini dronla vurub
Hərbi müxbir Alena Qramova (Qubanova) və Yevgeni Karmazin həlak olub
Ukraynanın “Freedom” telekanalının jurnalistləri Kramatorskda Rusiyanın “Lancet” pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olublar.
Bu barədə Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.

Telekanal hərbi müxbir 43 yaşlı Alena Qramova (Qubanova) və 33 yaşlı operator Yevgeni Karmazinin ölümünü təsdiqləyib.

Xəsarət alan xüsusi müxbir Aleksandr Kolıçev isə xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı jurnalistlər yanacaqdoldurma məntəqəsində avtomobildə olublar.
Ukrayna Kütləvi İnformasiya İnstitutunun məlumatına görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 114 ukraynalı jurnalist peşə vəzifələrini yerinə yetirərkən həlak olub.
1 dəqiqədən az