Pakistanın Əfqanıstanla sərhədində 11 hərbçisi öldürülüb
Bu barədə "Reuters" xəbər yayıb

Pakistanın Əfqanıstanla sərhədində pusquya düşməsi nəticəsində 11 əsgər həlak olub - Reuters
İslamçı yaraqlılar Əfqanıstan sərhədi yaxınlığında Pakistan hərbi karvanını pusquya salıb, nəticədə 9 əsgər və iki zabit həlak olub.
Hadisəyə görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” qruplaşması öz üzərinə götürüb.
"Təhrik-e-Taliban Pakistan" (TTP) 2007-ci ildə Pakistanda qurulmuş bir təşkilatdır. TTP-nin məqsədi Pakistanda radikal şəriət qanunlarına əsaslanan İslam dövləti qurmaqdır. Qrup hərbi və mülki hədəflərə çoxsaylı hücumlara, o cümlədən terror hücumlarına görə məsuliyyət daşıyır. 2018-ci ildən onun rəhbəri 46 yaşlı Nur Vəli Məhsuddur.