XƏBƏRLƏR / Münaqişə

ABŞ Venesuela Prezidenti Maduronun təyyarəsinə həbs qoyub

Bu barədə “CNN“ mənbələrinə istinadən məlumat yayıb

ABŞ Venesuela Prezidenti Maduronun təyyarəsinə həbs qoyub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Dominikan Respublikasında Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub.

    Vaşinqton hesab edir ki, təyyarə Amerika sanksiyalarından yayınaraq alınıb.

    Hava gəmisi bazar ertəsi Dominikan Respublikasından Floridaya aparılıb.

    Təxminən 13 milyon dollar dəyərində olan təyyarə son bir neçə ay ərzində Dominikan Respublikasında olub.

    Əməliyyatda ABŞ Ədliyyə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi və ABŞ Ticarət Nazirliyi yanında Sənaye və Təhlükəsizlik Bürosunun əməkdaşları və onların Dominikan Respublikasındakı həmkarları iştirak ediblər.

    “Xarici dövlət başçısının təyyarəsinə həbs qoymaq görünməmiş hadisədir. Biz açıq şəkildə bildirmək istəyirik ki, heç kim qanundan və ya ABŞ sanksiyalarından üstün deyil”, - adı açıqlanmayan mənbə “CNN” televiziyasına bildirib.