Ermənilər Zəngilandakı diversantların maşınını göstərdi FOTO
Moskva görüşündən sonra Ermənistan tərəfi təxribat törətməyə cəhd edib
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Ermənistan silahlı qüvvələrinin Zəngilan ərazisində təxribat cəhdi barədə məlumat yaymışdı. Məlumata əsasən iki erməni diversantı ələ keçirilib.
Ermənistanın müdafiə nazirliyi əvvəl xəbəri təkzib etsə də, sonra iki hərbçisi ilə "rabitənin kəsildiyini" etiraf etdi.
Daha sonra diversantların hərəkət etdiyi maşını nümayış etdirərək, Ermənistan tərəfi onların güya "döyüş mövqelərinə ərzaq daşıyan" kimi qələmə vermək istədi. Lakin Diversiya qrupunun digər üzvləri hadisə yerindən qaçanda silahlarını da maşında qoyublar. Bununla da Ermənistan öz təxribatçı hərəkətlərini ört-basdır etmək istəyir.
Fotolardan açıq görünür ki, erməni diversiya qrupu aşkar olunandan sonra qaçmağa cəhd edərkən yük maşını qəzaya uğrayıb. Diversantlar hadisə yerindən qaçanda silahlarını da maşında qoyublar. Lakin qrupun iki üzvünü DSX ələ keçirməyə müvəffəq olub.