Kosovodakı toqquşmalar davam edir, yaralananlar var
Hadisədə NATO-nun 20-dən çox, etirazçılardan 50 nəfərdən çox insan yaralanıb
Kosovonun şimalında serblərlə toqquşmalarda NATO-nun Kosovodakı Beynəlxalq Missiyasının 20-dən çox üzvü yaralanıb.
Bu barədə Beynəlxalq Missiya məlumat yayıb.
Qeyd olunur ki, missiyanın italyan və macar kontingenti hücuma daha çox məruz qalıb.
Onlara tibbi yardım göstərilib və hazırda həkim nəzarətindədirlər.
Missiya komandiri Ancelo Mişel Ristucci vurğulayıb ki, NATO bölmələrinə əsassız hücumlar qəbuledilməzdir və NATO-nun Kosovodakı Beynəlxalq Missiyası öz mandatını qərəzsiz yerinə yetirməyə davam edəcək.
Xatırladaq ki Kosovonun şimalında və Metohiyada NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizlik Qüvvələri ilə serb nümayişçiləri arasında toqquşma olub.
Hadisədə 50-dən çox etirazçı yaralanıb.