İranın zərbələrindən sonra ABŞ və NATO İraqdan çıxır
Bu barədə İraq mətbuatı xəbər verir
Yerli media mənbələrə istinadən xəbər verir ki, İraq silahlı qrupları ABŞ və NATO qoşunlarının Bağdaddakı "Viktoriya" Hava Bazasından çıxarılmasına imkan vermək üçün 24 saatlıq atəşkəs barədə razılığa gəliblər.
Məlumata görə, onlar Türkiyəyə göndərilib.
Bir müddət əvvəl Alyansın sözçüsü Allison Hart NATO-nun təhlükəsizlik mülahizələrinə əsasən İraqdakı mövcudluğunu tənzimlədiyini bildirmişdi.
1 dəqiqədən az