Şaxta atəşkəsi bitdi. Rusiya bombardımana başladı
Ukraynanın bir sıra şəhərləri Rusiya ordusunun kütləvi hücumuna məruz qalıb
3 fevral gecəsi Rusiya ordusu Ukraynaya misli görünməyən kütləvi kombinə edilmiş hücum təşkil edib.
Hücum zamanı dronlar və ballistik raketlərdən istifadə olunub.
Məlumata görə əsas hədəflər Kiyev, Xarkov və Dnepr şəhərləri olub. Sumı şəhərində partlayışlar eşidilib. Cəmi Ukrayna ərazisinə 700-dən çox zərbə endirilib.
Kiyevdə həyəcan siqnalı verilib, ardıcıl partlayışlar qeydə alınıb, hava hücumundan müdafiə sistemləri işə salınıb.
Xarkovda gecədən etibarən hücumlar başlayıb, mərkəz və Slobodsko rayonu vurulub.
Dneprdə isə gecə boyu təkrar partlayışlar olub.
Xatırladaq ki, ABŞ prezidenti Tramp Putindən sərt şaxtalar hökm sürdüyü bir vaxtda bir həftə zərbələri dayandırmağa və "energetik atəşkəs" elan etməyə çağırmışdır. Atəşkəs cəmi 3 gün çəkdi. Hal hazırda Ukrayna ərazisində 15-20 dərəcə şaxta müşahidə edilir.
1 dəqiqədən az