Suriyanın səfirliklərində müxalifətin bayrağı qaldırılıb
Dünən axşam Suriya Ərəb Respublikasının dövlət bayrağı və səfirliyin adı yazılmış lövhə götürülüb
TASS xəbər verir ki, Suriya müxalifətinin bayrağı Moskvadakı Suriya səfirliyinin binasına quraşdırılıb.
Diplomatik nümayəndəlikdən bildirilib ki, səfirlik yeni bayraq altında normal rejimdə fəaliyyət göstərir.
Bir gün əvvəl, dekabrın 8-də binadan Suriya Ərəb Respublikasının dövlət bayrağı və səfirliyin adı yazılmış lövhə götürülüb.