Əsəd sağdır və ailə üzvləri ilə Moskvaya gəlib
Bu barədə Rusiyanın TASS agentliyi xəbər yayıb
TASS-a Kremldəki mənbə bildirib ki, Bəşər Əsəd və onun ailə üzvləri Moskvaya gəlib, Rusiya Federasiyası onlara sığınacaq verib.
“Əsəd və onun ailə üzvləri humanitar mülahizələrə əsaslanaraq Rusiyaya gəlib, onlara sığınacaq verib”, - agentliyin həmsöhbəti bildirib.
Bu arada Suriyanın Moskvadakı səfirliyinin binasından SAR bayrağı götürülüb.