Qəzza Səhiyyə Nazirliyi müharibə başlayandan bəri həlak olanların sayının 6.5 min nəfərə çatdığını açıqlayıb.
BBC xəbər verir ki, Qəzza zolağının HƏMAS-ın nəzarətindəki Səhiyyə Nazirliyi oktyabrın 7-dən bu yana ən azı 6546 fələstinlinin həyatını itirdiyini, 17439-nun isə yaralandığını bildirib.
Həyatını itirənlərin 2704-ü uşaqdır. Mətbuat katibi Əşrəf əl-Qudranın sözlərinə görə, son 24 saat ərzində Qəzza zolağında 756 nəfər həlak olub, onlardan 344-ü azyaşlıdır.
Fələstinli həkimlərin məlumatına görə, həftənin əvvəlindən ölənlərin 65%-i Qəzza zolağının cənubunda olub, anklavın əhəmiyyətli sayda sakini buradan təxliyə edilib.
Xatırladaq ki, 7 oktyabrda start götürən Fələstin-İsrail qarşıdurması HƏMAS-ın yaxınlıqdakı yəhudi yaşayış məntəqələrinə hücumu ilə başlayıb. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.