İsraillə HƏMAS arasında məhbus mübadiləsi gözlənilir
Bu, Türkiyədə baş tutmalıdır
Türkiyədə İsraillə HƏMAS arasında məhbus mübadiləsi gözlənilir.
Bu barədə Türkiyə KİV-i etibarlı mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, müzakirələrlə bağlı mətn, demək olar, hazırdır.
Hələ dəqiq olmayan mətnin şərtlərinə görə, HƏMAS-ın əlindəki hər bir məhbusa görə 12 fələstinli geri qaytarılacaq.
Məlumata görə, HƏMAS-ın əlində 120 israilli məhbus var.
Vurğulanıb ki, Türkiyə Qəzzada atəşkəsə nail olmaq üçün səy göstərir. Həmçinin ABŞ, Qətər və Misirin də cəhdləri nəticəsində yaxın günlərdə müzakirələrin nəticə verəcəyi gözlənilir.