Ukrayna ordusu Kursk vilayətində irəliləməyə davam edir
Bu barədə "Institute of the Study of War" (ISW) xəbər verir
Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində irəliləməyə davam edir, - ISW.
Ukrayna qüvvələri Slobodka-İvanovka, Tetkino, Qordeyevka, Uspenka, Viktorovka, Kremyanı və Juravli rayonlarında nəzarət zonasını genişləndirib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Korenevodan şimala və cənuba doğru irəliləyir, yaşayış məntəqəsindən yan keçməyə çalışır.
"Ukrayna təxminən 1000 kv km Rusiya ərazisin' nəzarət edir." - Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Sırski bildirib. Ukrayna kanalları Sudjanın mərkəzindən çəkilmiş videonu yayaraq şəhərin tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçdiyinə inandırırlar.