İsrail-Fələstin savaşı başlayandan bəri 24 jurnalist ölüb
Bunu Jurnalistləri Müdafiə Komitəsi bildirir
İsrail-Fələstin münaqişəsi başlayandan bəri 24 jurnalist öldürülüb.
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirir ki, 24 jurnalistin öldüyü təsdiqlənib: 20 fələstinli, 3 israilli və 1 livanlı. Səkkiz jurnalist yaralanıb, üç nəfər itkin düşüb və ya saxlanılıb.
“Qəzzadakı jurnalistlər İsrailin quru hücumları, dağıdıcı İsrail hava hücumları, kommunikasiyaların kəsilməsi və elektrik enerjisinin geniş kəsilməsi qarşısında münaqişəni işıqlandırmaq cəhdlərində xüsusilə yüksək risklərlə üzləşirlər”.