XƏBƏRLƏR / Münaqişə

Netanyahu Qəzzada beş saatlıq atəşkəs məlumatını təkzib etdi

HƏMAS qruplaşması da Qəzza zolağında 5 saatlıq atəşkəs rejiminin tətbiq olunması xəbərini təkzib edib

Netanyahu Qəzzada beş saatlıq atəşkəs məlumatını təkzib etdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qəzza zolağının cənub bölgələrində döyüşən tərəflərin razılığı ilə əcnəbilərin bölgəni tərk etmələri və humanitar yardımların Rəfah keçid məntəqəsindən keçərək zolağa daxil olması üçün 5 saatlıq atəşkəs tətbiq edilib.

    Bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.

    Atəşkəs rejimi yerli vaxtla saat 9:00-da qüvvəyə minir.

    Lakin hal-hazırda həm İsrail, həm də HƏMAS atəşkəsin bərqərar olmasını təkzib edirlər

    İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 7-dən Fələstin HƏMAS-ın hücumuna cavab olaraq Qəzza zolağında cavab hərbi əməliyyatı keçirir. Tərəflər müharibə vəziyyətindədir. İsrail anklavı blokadaya alıb və onun şimal hissəsindəki 1.1 milyon dinc sakinin cənuba təxliyəsini tələb edib. IDF quru əməliyyatlarına hazırlaşır.

    Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu xaricilərin və humanitar yardımların keçməsi üçün Rəfah nəzarət-buraxılış məntəqəsi yaxınlığında atəşkəs elan olunması ilə bağlı mətbuatda yayılan xəbərləri rəsmən təkzib edib.

    HƏMAS qruplaşması da Qəzza zolağında 5 saatlıq atəşkəs rejiminin tətbiq olunması xəbərini təkzib edib.