XƏBƏRLƏR / Münaqişə

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyi xəbər verir

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Müdafiə Nazirliyi xəbər verir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.