XƏBƏRLƏR / Münaqişə

Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub

Müdafiə Nazirliyi xəbər verir

Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 10-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.