XƏBƏRLƏR / Münaqişə

Türkmənistan: Xəzərdə gəmilərə qarşı hücumlar yolverilməzdir

Türkmənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb

Türkmənistan: Xəzərdə gəmilərə qarşı hücumlar yolverilməzdir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xəzər dənizində gəmilərə qarşı hücumlar yolverilməzdir.

    Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

    "Türkmənistan Xəzəryanı dövlət və BMT tərəfindən tanınmış daimi neytral statusa malik ölkə kimi vurğulayır ki, Xəzər sülh, razılıq və mehriban qonşuluq dənizidir", – deyə XİN-in bəyanatında bildirilib.

    Bəyanat Ukrayna Silahlı Qüvvələrinin iyulun 25-də Xəzər dənizində iki gəmiyə pilotsuz uçuş aparatları ilə zərbə endirməsi barədə məlumatlardan sonra yayılıb. Məlumatlara görə, hücum nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.

    Qeyd edək ki, İsrailin bu ilin mart ayında İranın Xəzər dənizindəki Ənzəli limanı və ora yaxınlaşan gəmiləri vuranda Türkmənistan heç bir reaksiya verməmişdi. Türkmənistan Rusiyanın raket atan gəmilərinin Xəzər dənizindən Ukraynanı vurmasına da bu günədək heç bir narahatlıq bildirməyib

    Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski hücuma məruz qalan gəmilərin Rusiya ilə İran arasında hərbi yüklər daşıdığını iddia edib. İran isə hücumu pisləyərək Kiyevi cavab tədbirləri ilə hədələyib.