XƏBƏRLƏR / Münaqişə

Ukrayna ilə bağlı danışıqlar gələn həftə Cenevrədə olacaq

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib

Ukrayna ilə bağlı danışıqlar gələn həftə Cenevrədə olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Ukrayna ilə bağlı növbəti danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək.

    Kreml sözçüsünün sözlərinə görə, danışıqlar üçtərəfli formatda - Rusiya, ABŞ və Ukraynada keçiriləcək. Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.