XƏBƏRLƏR / Münaqişə

Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən keçdi

Ərazidə hərəkət sərbəstdir

Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən keçdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 119-cu günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

    Saat 11 radələrində sülhməramlılara məxsus iki minik, 8 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.

    Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

    Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.