XƏBƏRLƏR / Münaqişə

Sobyanin: Moskvaya cənubdan dron hücumu olub

Bu barədə şəhər meri "Telegram" kanalında məlumat verib

Sobyanin: Moskvaya cənubdan dron hücumu olub
S.Sobyanin
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya pilotsuz uçuş aparatı ilə hücumun qarşısını alıb.

    Bu barədə şəhər meri Sergey Sobyanin "Telegram" kanalında məlumat verib.

    "Gecə cənub istiqamətində Moskvaya pilotsuz uçan aparatla uçmağa cəhd edilib. O, hava hücumundan müdafiə qüvvələri tərəfindən dayandırılıb. Əməyinə görə hərbçilərə təşəkkürlər", - deyə mer yazıb.

    Qeyd edək ki, avqustun 18-nə keçən gecə Moskva səmasında Ukraynaya məxsus pilotsuz uçan aparat məhv edilib.

    Onun qalıqları Ekspotsentr ərazisinə düşüb.