XƏBƏRLƏR / Münaqişə

Daha 6 erməni Qarabağdan Ermənistana aparıldı

Dekabrın 12-dən indiyə kimi BQXK-nın vasitəçiliyi və müşayiəti ilə 76 erməni xəstə Qarabağdan Ermənistana aparılıb

Daha 6 erməni Qarabağdan Ermənistana aparıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə daha 6 xəstə erməni Qarabağdan Ermənistanın müxtəlif ixtisaslaşdırılmış tibb mərkəzlərinə aparılıb. Ermənistan KİV-i xəbər verir ki, dekabrın 12-dən indiyə kimi BQXK-nın vasitəçiliyi və müşayiəti ilə 76 xəstə Qarabağdan Ermənistana aparılıb. Ermənilər azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi aksiyanı əsas gətirərək,  Qarabağda humanitar böhran yarandığı barədə yalan məlumatlar yayırlar. 

    BQXK və Rusiya sülhməramlılarının maşın karvanının hər gün Laçın yolu ilə Qarabağa humaintar yardım daşıması erməni tərəfinin yalanlarını ifşa edir.