Qondarma "DQR"-in oyuncaq "parlament sədri" istefa verib
Erməni KİV-ləri Artur Tovmasyanın "istefa" verməsinin səbəbi səhhətidir
Erməni KİV-ləri Xankəndi ermənilərinin yaratdığı oyuncaq "parlament"in qondarma "sədr"inin istefa verməsi barədə məlumat yayırlar. İstefanın səbəbi səhhətidir. Təfərrüatlar barədə hələ məlumat verilmir.
Bu gün səhər separatçılar iyulun 27-nə oyuncaq "parlament"in iclasını anons etmişdilər.