İran Xarici İşlər Nazirliyinin bəyanatı
Nazirlik ABŞ-ın hücumda iştirakından əmindir

İran Xarici İşlər Nazirliyinin bəyanatı:
"Sionist rejimin İrana qarşı bu cür təcavüzkar hərəkətləri ABŞ-ın koordinasiyası və icazəsi olmadan baş verə bilməzdi. Müvafiq olaraq, rejimin əsas himayədarı kimi ABŞ hökuməti də bu ehtiyatsız eskalasiyanın təhlükəli nəticələrinə görə məsuliyyət daşıyır.
İsrailin İrana qarşı zərbələri BMT Nizamnaməsinin 4-cü maddəsinin 2-ci bəndinin pozulması və İslam Respublikasına qarşı açıq təcavüzdür. Tehranın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq bu təcavüzə cavab vermək üçün qanuni haqqı var və İran Silahlı Qüvvələri bütün gücü ilə və seçdiyi tərzdə İran millətini müdafiə etməkdən çəkinməyəcək".