XƏBƏRLƏR / Münaqişə

İran ABŞ-a məxsus neft tankerini ələ keçirdiyini etiraf edib

ABŞ İranı "St Nikolas" neft tankerini və heyətini dərhal azad etməyə çağırıb YENILƏNIB

İran ABŞ-a məxsus neft tankerini ələ keçirdiyini etiraf edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ İranı "St Nikolas" neft tankerini və heyətini dərhal azad etməyə çağırıb.

    Bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.

    Patel gəminin ələ keçirilməsinin qanunsuz olduğunu vurğulayıb. O qeyd edib ki, İranın bu cür hərəkətləri beynəlxalq ticarəti pozmağa yönəlib.

    ***

    İranın Hərbi Dəniz Qüvvələri Oman körfəzində ABŞ-a məxsus neft tankerini ələ keçirib.

    İran hərbi donanması məhkəmə qərarından sonra "St.Nikolas" neft tankerini ələ keçirdiyini təsdiqləyib. Bu barədə Tasnim agentliyi məlumat yayıb.

    Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin daha əvvəl yaydığı məlumata görə, Oman sahillərində gəminin göyərtəsinə naməlum şəxslər daxil olub. Bundan sonra gəminin öz istiqamətini dəyişdiyi və İranın ərazi sularına doğru hərəkət etdiyi məlum olub. Tankerlə əlaqənin kəsildiyi vurğulanıb.

    Bu barədə məlumatı NTV yayıb. 

    Son məlumata görə, Türkiyə Neft Emalı Zavodlarının aldığı nefti İraqdan İzmirin Əliağa limanına gətirən "St.Nikolas" adlı tankerə silahlı basqın edilib.