XƏBƏRLƏR / Münaqişə

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Bu barədə Müdafiə Nazirliyindən bildirilib

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 16-sı saat 23:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.