XƏBƏRLƏR / Münaqişə

Türkiyə ordusu İraqda beş terrorçunu zərəsizləşdirdi

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb

Türkiyə ordusu İraqda beş terrorçunu zərəsizləşdirdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə ordusu İraqın şimalında PKK-nın beş terrorçusunu zərəsizləşdirilib.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Verilən məlumata görə, “Fırat qalxanı” bölgəsinə hücum etməyə hazırlaşan beş terrorçu türk komandoları tərəfindən məhv edilib.

    Xatırladaq ki, nazirlik dekabrın 22-də İraqın şimalında terror təşkilatının hücumu nəticəsində altı türk əsgərinin şəhid olduğunu açıqlamışdı.