Kütləvi məzarlıqlarda 15 nəfərin kimliyi müəyyən edilib
Şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb
Kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, artıq 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib:
"4000 itkinin müqabilində bu rəqəm azdır. Amma bu başlanğıcdır. Proses davam etdirilir. 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir".
İbrahimov Vəlyəddin Səhrab oğlu;
Abdullayev Nurəli Hacıbaba oğlu;
Qurbanov Nofəl Nəriman oğlu;
Rüstəmov Araz Bağı oğlu;
Abbasov Məhərrəm Abbas oğlu;
Niftəliyev Adil Kamal oğlu;
Qarayev Qafar Qəmbər oğlu;
Hüseynov Əli Heydər oğlu;
Hüseynov Gülverdi Ağahüseyn oğlu;
Mikayılov Baba Balakişi oğlu;
İsayeva Senem Həsən qızı;
Əzizov Yusif İsmayıl oğlu;
Musayev Mehman Camal oğlu;
Allahverdiyev Şəmsəddin Əvəz oğlu;
Məmmədov Əsəd Məmməd oğlu.
Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.
Xatırladaq ki, bundan əvvəl iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib.
İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.