İsrailin hərbi kabinetinin İrana qarşı yeni hücum planı
Tehran mümkün İsrail hücumlarına qarşı özünü müdafiə etməyə hazır olduğunu bəyan edib
İsrail Müdafiə Nazirliyi İrana qarşı "Dəmir Zərbə" adlı yeni hərbi əməliyyatı təsdiqləyib.
İsrail "Telegram" kanallarının verdiyi məlumata görə, bu barədə İsrail rəhbərliyinə yaxın mənbələr məlumat verib.
Əməliyyatın təfərrüatları - o cümlədən məqsədləri, istifadə olunan vasitələr və başlama tarixi rəsmi olaraq açıqlanmayıb. İsrail hakimiyyəti hazırda şərh verməkdən çəkinir.
Mənbələrə görə, İsrail hərbi əməliyyatlara fevral ayından etibarən başlaya bilər. Qərar İranda genişmiqyaslı hökumət əleyhinə etirazlar və artan daxili qeyri-sabitlik fonunda verilir.
Ekspertlər belə bir əməliyyatın regionda gərginliyin kəskin şəkildə artmasına və ciddi beynəlxalq nəticələrə səbəb ola biləcəyini istisna etmirlər.

Tehran mümkün İsrail hücumlarına qarşı özünü müdafiə etməyə hazır olduğunu bəyan edib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Esmail Baqaei İrana qarşı yeni təcavüz ehtimallarına münasibət bildirərkən bildirib.
"Düşmənin strategiyasının bir hissəsi kimi psixoloji təzyiq bizim üçün yeni bir şey deyil. Digər ölkələrin hərəkətlərini diqqətlə izləməyimiz vacibdir. Silahlı Qüvvələrimiz ölkənin suverenliyini qorumaq üçün ən kiçik bir zəiflik olmadan hərəkət edəcək".
Daha əvvəl mediada İranın Ali Lideri Əli Xameneinin təhlükəsizlik qüvvələrinin ölkədəki etirazları yatırmaması halında Tehrandan təxliyə planı hazırladığı da bildirilirdi.
1 dəqiqə