İsrail Qəzzaya 100 milyard dollar təzminat ödəməlidir
Türkiyə prezidenti Ərdoğan bunu Kuala Lumpurda bəyan edib

İsrail Qəzza zolağına dəyən ziyanı kompensasiya etmək üçün 100 milyard dollar ödəməlidir
Türkiyə prezidenti R.T.Ərdoğan Kuala Lumpurda keçirilən “Yeni əsr Türkiyə-Malayziya Strateji Əməkdaşlıq Toplantısı”nda çıxışı zamanı bildirib ki, Qəzza zolağı Yəhudi dövlətinin vurduğu zərərin ödənilməsi şərti ilə çox qısa müddətdə bərpa oluna bilər.
“İsrailin heç nə olmamış kimi yoluna davam etməsinə icazə verilə bilməz. Netanyahu Qəzza zolağının əhalisi üçün yer axtarmaq əvəzinə və 15 aylıq müharibəyə baxmayaraq, Qəzzada vurduğu 100 milyard dollarlıq ziyanı kompensasiya etmək üçün resurslar axtarmalıdır”, - deyə prezident yekunlaşdırdı.